AZAL ukraynalılardan üstün oldu
28 yanvar 2011 15:18 (UTC +04:00)

AZAL ukraynalılardan üstün oldu

Lent.az-ın məlumatına görə, baş məşqçi Nazim Süleymanovun komandasının növbəti rəqibi Ukraynanın güclülər dəstəsi təmsilçisi "Volın" olub.

Matçda hesabı AZAL-ın heyətində baxışda olan bolqarıstanlı forvard Enjo Krastovçev açıb. Ukraynalılar fasilədən sonra bu topun əvəzini çıxa bilsə də, rəqib məğlubiyyətdən yaxa qurtara bilməyib. 69-cu dəqiqədə “Volın” ikinci dəfə hesabda geri düşüb. Bu dəfə də baxışda olan litvalı Ritus Krjaklis fərqlənib.

Qeyd edək ki, hələ də komandanın düşərgəsində olan yeni oyunçular haqda son qərar verilməyib. AZAL-ın yanvarın 29-da Almaniyanın 3-cü divizion təmsilçisi olan "Berlin Ankaraspor" klubu ilə yoxlama matçında da onların sınaqdan keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar