Ağasəlim Mircavadov: “Potensialım tükənməyib”
Bu fikirləri Lent.az-a açıqlamasında hazırda işsiz olan futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.
2010-cu il iyulun 8-də “Xəzər Lənkəran”ı tərk edən 64 yaşlı mütəxəssis yeni təklif gözlədiyini bildirib: “Yaddan çıxarmaq lazım deyil ki, bu yaşda insanın həvəsi də, biliyi də, bacarığı da artır, yeni nə isə öyrənmək istəyir. Mən bir məşqçi kimi indiyə kimi öyrənirəm. Bu sözümdən utanmıram. Dost-tanışlara zəng edirəm. Öyrənmək eyib deyil. Bilməyib öyrənməmək eyibdir. Ona görə gücüm də var, ağlım da. Sadəcə, bizə inam lazımdır. Bizə inansınlar. Azərbaycanlı məşqçilərə inansınlar”.
Mircavadov Lənkəran komandasında 2006 – 2008-ci illəri əhatə edən ilk fəaliyyəti dövründə Azərbaycan çempionluğu və iki dəfə ölkə kubokunu, eləcə də “Birlik Kuboku”nu qazanıb. Lakin 2009-cu ilin iyununda “Xəzər Lənkəran”a qayıdan Mircavadovun fəaliyyəti bir il çəkməyib. Onun rəhbərliyi altında “ağ-yaşıllar” ölkə çempionluğu və kubokunu son anda əldən verib, Avropa Liqasında isə elə ilkin təsnifat mərhələsindəcə Moldova “Olimpiya”sına iki oyununun nəticəsində yenilərək, mübarizəni dayandırıb.
Təcrübəli mütəxəssis “Xəzər Lənkəran”da ikinci fəaliyyəti dövründə işinin alınmamasını vaxt azlığı ilə əlaqələndirib: “Çox oyunumuzu yüksək səviyyədə keçirdik. Amma oyunçuların çoxu mənim yığdıqlarım deyildi. 3 ay, 6 ay ərzində komandanı formalaşdırmaq çox ağır olur. Ona görə də bir klubda uzunmüddətli işləməlisən ki, daha çox uğur əldə edəsən. Daim uğur əldə etmək üçün bir komandada 5 ilədək işləməlisən. İşləməkdən əlavə, baş məşqçi ilə klub prezidenti arasında sıx əlaqə, inam, hörmət olmalıdır. Harada işləmişəmsə, bunlar məndə alınıb. Əlbəttə, ötən mövsüm hər şey əlimizdə idi. Həm çempionluq, həm də kubok... Amma bu, futboldur. Futbolda hər şey olur. Çox təəssüflənirəm ki, alınmadı”.
Sonradan özü üçün analiz apardığını deyən Mircavadov nəticəsini açıqlamaqdan imtina edib.
Elşən MƏMMƏDOV

639