“Liverpul” Abramoviçin 40,5 milyon avrosundan imtina etdi
28 yanvar 2011 14:30 (UTC +04:00)

“Liverpul” Abramoviçin 40,5 milyon avrosundan imtina etdi

Lent.az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, “zadəganlar”ın sahibi Roman Abramoviç 27 yaşlı hücumçudan ötrü 35 milyon funt (40,5 milyon avro) ödəməyə hazır olub.

Lakin bu təklif “Liverpul”u qane etməyib. Klub rəsmisi bildirib ki, Torres satılmır. Bununla belə, “Çelsi” ispaniyalı forvardı 50 milyon funt qarşılığında ala bilər. Çünki futbolçunun “Liverpul”la müqavilə şərtlərində göstərilib ki, bu qədər pul ödəyən kluba rədd cavabı verilməyəcək.

Qeyd edək ki, Fernando Torres 2010-2011-ci il mövsümündə İngiltərə çempionatında 23 oyuna 9 qol vurub. Hazırda “Liverpul” 7-ci, “Çelsi” isə 4-cü pillədədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar