Avropa çempionatında çıxış edəcək kayak və kanoeçilərimiz məlum oldu
Nüfuzlu yarışda ölkəmizi 4 idmançı təmsil edəcək
İyunun 25-də Almaniyanın Brandenburq şəhərində start götürəcək böyüklər arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Lent.az-ın məlumatına görə, nüfuzlu yarışda ölkəmizi 4 idmançı təmsil edəcək. Kanoeçilərin mübarizəsində Valentin Demyanenko 1 nəfərlik (C1), Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqda (C2) çıxış edəcəklər. Demyanenko 200 metr və 500 metr, Bezuqlıy – Prokopenko cütlüyü isə 500 metr və 1000 metr məsafələrə yürüşlərə qatılacaq.
Hazırda kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında Polşada təlim-məşq toplantısında olan kanoeçilərimiz iyunun 23-də Brandenburqa yollanacaqlar.
Kayakçıların mübarizəsində isə yalnız Ramil Məmmədov qüvvəsini sınayacaq. O, 1 nəfərlik qayıqda (K1) 500 metr və 1000 metrlik məsafələrə yürüş edəcək. Məmmədov qitə çempionatına kayak üzrə yeniyetmə və gənclərdən ibarət yığmamızın almaniyalı baş məşqçisi Yohan Tsülkenin rəhbərliyi altında Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində hazırlaşıb. Kayakçımız iyunun 18-ə keçən gecə Almaniyaya yola düşəcək.
Avropa çempionatına iyunun 28-də yekun vurulacaq.

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39