Jirinovskinin mühafizəçisi Qazzayevin burnunu sındırıb
“Xeyirxahlıq bayrağı altında” keçirilən xeyriyyə matçında Ukraynanın Kiyev “Dinamo”sunun baş məşqçisi Valeri Qazzayevin burnunu sındırıblar.
Lent.az-ın məlumatına görə, bu haqda onu müalicə edən həkim Yuri Vasilkov “Sport” telekanalına açıqlama verib.
Vasilkov bildirib ki, Qazzayev məşqçilər və “Starko-Rusiç” komandaları arasında keçirilmiş matçda iştirak edib. Osetiyalı mütəxəssis matçın sonunadək oynaya bilməyib. Görüşdə iki dəfə - dizindən və burnundan zədə alan “Dinamo”nun baş məşqçisi əvəzlənməli olub. Diz zədəsi ciddi olmasa da, burnundan aldığı xəsarət Qazzayevin əlavə tibbi müdaxiləsi zərurəti yaradıb.
55 yaşlı mütəxəssis Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin mühafizə xidmətinin sabiq rəisi Oleq Malışkinlə toqquşma nəticəsində zədələnib. Xeyriyyə matçı isə məşqçilərdən ibarət komandanın 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Qazayev, Rusiya yığmasının məşqçiləri Aleksandr Borodyuk və İqor Korneyev hərəyə bir dəfə fərqləniblər. Georgi Yartsev isə “dubl” edib. “Starko-Rusiç”in qollarını isə İlya Averbux (2) və Pyer Nartsiss vurub.

Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31