“Anji” qalib gəldi, baş məşqçi azərbaycanlılardan danışdı
28 yanvar 2011 10:42 (UTC +04:00)

“Anji” qalib gəldi, baş məşqçi azərbaycanlılardan danışdı

Lent.az-ın məlumatına görə, Mahaçqala komandası Rumıniya “Universitatya”sı ilə qarşılaşıb.

Oyun 58-ci dəqiqədə Yan Qolendanın vurduğu qol sayəsində “Anji”nin qələbəsi ilə yekunlaşıb – 1:0. Rusiya klubunun heyətində iki azərbaycanlı futbolçu çıxış edib. Mahir Şükürov start heyətində yer alıb və 69 dəqiqə meydançada olub. Baxışda olan Rüstəm Abasov isə 72-ci dəqiqədə oyuna girib.

Qarşılaşmadan sonra baş məşqçi Hacı Hacıyev “Anji”yə dəvət olunan daha 2 həmyerlimiz – Vaqif Sadıqov və Emin Ağayev haqda fikirlərini bildirib. Hacıyev Sadıqovu yaxşı peşəkar məşqçi səviyyəsinə uyğun gəldiyi üçün özünə köməkçi götürdüyünü deyib: “O, təcrübəli və bilikli mütəxəssisdir, Azərbaycan yığmasının və yüksək liqa klublarının baş məşqçisi olub, keçmiş SSRİ çempionatının güclülər dəstəsində oynayıb”.

Ağayevi isə “Anji”yə klubun yeni prezidenti Budun Budunov məsləhət görüb. Hacıyev millimizin sabiq müdafiəçisinin seleksiya bölməsində çalışacağını deyib: “Eminlə ilkin söhbətimiz olub. Klubumuz seleksiya şöbəsinin gücləndirmək istəyir. Şöbənin əməkdaşlarından biri Ağayev olacaq. O, uzun müddət Mahaçqalada çıxış edib, biz onu Budun Budunovun tövsiyəsi ilə dəvət etmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar