Berti Foqtsu arvadı Avropa çempionu edib
27 yanvar 2011 18:33 (UTC +04:00)

Berti Foqtsu arvadı Avropa çempionu edib

Lent.az-ın məlumatına görə, bu haqda “Goal.com” saytının yazarı Qari Niblokun qitə birinciliyi ilə bağlı yazısında bildirilir.

Yazıda qeyd olunur ki, Foqts 1996-cı ildə İngiltərədə təşkil olunmuş Avropa çempionatına Lotar Matteusu kollektiv daxilində sabitliyi pozduğu üçün aparmayıb. Əvəzində məhz Monika Foqts ərinə “Oliver Birhoffu da özünlə İngiltərəyə götür” deyə müraciət edib. Berti Foqts həyat yoldaşının sözünü yerə salmayıb. Həmin vaxt 28 yaşı olan hücumçu İtaliyanın “Udineze” klubunda çıxış edirmiş.

Birhoff Avropa çempionatının qrup mərhələsində Çexiya ilə oyuna 81-ci dəqiqədə daxil olub. Görüş Bundestimin qələbəsi ilə nəticələnib – 2:0. Rusiya ilə növbəti qarşılaşmada hücumçu 85 dəqiqə meydançada olub və komandası böyük hesabla qalib gəlib – 3:0. Qrup mərhələsinin son turunda Almaniyanın İtaliya ilə qolsuz heç-heçə etdiyi, ¼ finalda Xorvatiya üzərində 2:1, yarımfinalda isə əsas vaxtı 1:1 nəticələnən, penaltilərlə isə 6:5 hesablı qələbə qazandığı İngiltərə ilə görüşlərdə Birhoff oynamayıb.

Çexiya ilə final qarşılaşması öncəsi Berti Foqts ciddi kadr problemlərinə tuş gəlib. Komandada o qədər zədəli olub ki, ehtiyat qapıçılar Oliver Kan və Oliver Rek üçün meydan oyunçusu geyimləri hazırlanıb. Yığmanın həkimləri böyük səylər bahasına komandanın lideri Yurgen Klinsmannı sıralara döndərməyə müvəffəq olublar.

Oyuna gəldikdə, 59-cu dəqiqədə Karel Poborskiyə cərimə meydançası xaricində edilən kobudluğu italiyalı baş hakim Pyerluici Payreto penalti kimi dəyərləndirib. Patrik Berger isə qol imkanını əldən verməyib. Hesabda geri düşən Almaniyanı məhz Oliver Birhoff xilas edib. 69-cu dəqiqədə Mehmet Şollun əvəzinə meydançaya daxil olan Birhoff bundan 4 dəqiqə sonra hesabı bərabərləşdirib. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə nəticələnib. Ardından “qızıl top” vurulan kimi oyunun dayandırılması şərti ilə 30 dəqiqəlik əlavə vaxt təyin edilib. 95-ci dəqiqədə Birhoff Bundestimin qələbə topunu vuraraq, yığmaya Avropa çempionluğunu qazandırıb.

Qeyd edək ki, Almaniya millisi 1996-cı ildən sonra nə dünya, nə də Avropa çempionu ola bilib.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30