Bülənt Korkmaz istefa verdi
03 iyun 2009 10:00 (UTC +04:00)

Bülənt Korkmaz istefa verdi

Türkiyənin “Qalatasaray” futbol klubunun baş məşqçisi Bülənt Korkmaz tutduğu vəzifədən istefa verib.

Lent.az-ın “İnternethaber.com”a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi Korkmazın istefa ərizəsini qəbul edib.

Yeni baş məşqçinin Xuande Ramos olacağı gözlənilir. İspaniyanın “Real” komandasından ayrılan Ramosla “Cim-Bom” rəsmiləri arasında görüş olub. Konkret qərar qəbul olunmasa da, danışıqlar davam etdiriləcək.
# 963

Oxşar yazılar