Azərbaycanlı iş adamına “Beşiktaş”ın vitse-prezidenti postu təklif edildi
01 iyun 2009 17:15 (UTC +04:00)

Azərbaycanlı iş adamına “Beşiktaş”ın vitse-prezidenti postu təklif edildi

“Beşiktaş” futbol klubunun prezidenti Yıldırım Dəmirörənin inanılmaz qərara imza atacağı gözlənilir. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hələ klub çempion olmazdan əvvəl o, “çempion olsaq klubun növbədənkənar iclasını - konqresini keçirəcəyik” – deyib.
Mövsümü iki kubokla bitirən klubun 2010-cu ilin yanvar ayında keçirilməli olan konqresin (söhbət klubun ali orqanlarına keçirilməli olan seçkilərdən gedir) tezləşdirilməsinin səbəbləri var. Belə ki, seçki indi keçirilsə, Dəmirörən prezidentlik müddətini daha 2 il uzadacaq. Bununla yanaşı, 2013-cə ildə keçiriləcək seçkidə o, klub üzvlərinin qarşısına təmir-tikinti işləri başa çatmış “İnönü” stadionu ilə çıxacaq.
Bundan başqa, Dəmirörən hazırda rəhbərlikdə fəaliyyət göstərən 3-4 adamla yollarını ayırmağı, və kubok oyununa görə mükafat verən azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovu vitse-prezident etmək istədiyi bildirilir. Ancaq Mənsimovun bunu heç də isti qarşılamadığı, vitse-prezident postuna sahibi olduğu şirkətlərin müdirlərindən birini təklif etdiyi deyilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020

Oxşar yazılar