“Zəfər” turnirində 3 qızıl, 3 gümüş, 6 bürünc medal
Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandası Türkiyənin İzmir şəhərində sayca 12-ci dəfə keçirilən “Zəfər” turnirində uğurla çıxış edib.
Lent.az-ın Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hər iki növ üzrə yığma komandamız ümumilikdə 3 qızıl, 3 gümüş, 6 bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (50 kq) və Toğrul Yunuslu (69 kq) qızıl, İlqar Cəfərzadə (42 kq), Emin Novruzov (46 kq), Tahir Niftəliyev (54 kq), Fuad Əliyev (76 kq) və Süleyman Babayev (85 kq) isə bürünc medal qazanıb.
Sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (54 kq) qızıl, Orxan Şərifov (76 kq), Ruslan Şükürov (63 kq) və Elcan Usubzadə (85 kq) gümüş, Mircəlal Həsənzadə (42 kq) isə bürünc medala sahib çıxıb.
Ümumi komanda hesabında Azərbaycan yığması yunan-Roma güləşində 63 xalla 2-ci, sərbəst güləş növündə isə 67 xalla 3-cü yeri tutub.
Qeyd edək ki, yarışda 17 ölkədən 400-dək pəhləvan qüvvəsini sınayıb.

Oxşar yazılar

“Barselona” baş məşqçi ilə yeni danışıqlara başladı
11 aprel 2025 , 19:33
Dünya futbol əfsanəsi Çempionlar Liqasının favoritini AÇIQLADI
11 aprel 2025 , 16:52
Tyaqo Motta “Tottenhem”in baş məqşçisi ola bilər
11 aprel 2025 , 13:08
Mourinyodan futbolçulara XƏBƏRDARLIQ
11 aprel 2025 , 11:13
Ərəb klubundan Ronaldoya daha 2 illik müqavilə TƏKLİFİ
11 aprel 2025 , 09:37
“Mançester Yunayted” səfərdə, "Tottenhem" evdə heç-heçə etdi
11 aprel 2025 , 01:23
"Çelsi" rəqibini darmadağın etdi
11 aprel 2025 , 01:12