Flavinyo “Xəzər Lənkəran”la oyuna tam hazır olacaq
Buna baxmayaraq, mənim üçün yaxşı oldu. Növbəti qarşılaşmalarda daha çox oynamağa hazıram”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasında “Muğan”la görüşdə ayağı sınan braziliyalı yarımmüdafiəçi 2 aydan çox futbol oynaya bilməyib. O, uzun fasilədən sonra Antalyada Ukrayna “Arsenal”ı ilə matçda meydançaya çıxıb. Flavinyo hələlik fiziki cəhətdən çətinlik çəkdiyini söyləyib: “İki aya yaxın məşq edə bilmədiyimdən, əzələlərim boşalmışdı. Artıq 20 gündür məşqlərə başlamışam. Günü-gündən fiziki cəhətdən irəliləyiş hiss edirəm”.
“Sambaçı” bildirib ki, fevralın 13-də Premyer Liqanın 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"la oyuna qədər formaya düşəcək: “Xəzər Lənkəran”la matça tam hazır olacağam. Bu görüş bizim üçün çox əhəmiyyətlidir. Demək olar, bütün ölkədə bu oyun barəsində danışırlar. Mənə elə gəlir ki, Bakıda qələbə qazanmaq şansımız böyükdür. İlk matçda da qalib gələ bilərdik. Rəqibin cəmi bir şansı oldu, onu da qola çevirdi. Amma bu dəfə onlar üçün tam fərqli olacaq”.

777