Ramin Musayev: “Ulduz saydığınız futbolçuların gecə saat 4-dək harada olduqlarını açıqlaya bilərəm”
“Mən klubların əcnəbi oyunçulara üstünlük verməsinin tərəfdarı deyiləm. Sadəcə, istərdim ki, hər kəs layiq olduğu pulu alsın”. Lent.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
R.Musayev bildirib ki, klub rəhbərləri hər hansı oyunçu ilə müqavilə bağlarkən, onun nəyə qadir olduğunu bilməli, buna uyğun da əmək haqqı verməlidir: “Mən “Neftçi”də işləyəndə legioner limiti 3+2 olduğu vaxt yerli futbolçular qiymətlərini həddən artıq qaldırdılar. Əvvəlki mövsümdə 30 min dollara oynayan futbolçu məndən 200 min dollar istədi. Amma legioner limitinin ləğv olunduğu 2008-2009-cu il mövsümündə xeyli səviyyəli yerli oyunçu üzə çıxdı. “Qarabağ” məhz azərbaycanlı futbolçular sayəsində ölkə kubokunu qazandı”.
Növbəti mövsümdə də legioner limitini ləğv etməyəcəklərini deyən PFL prezidenti əvəzində əncəbi oyunçulara qoyulan 20 min manatlıq rüsumu qaldıracaqlarını açıqlayıb. Lakin R.Musayev bu addımı daha çox pul qazanmaq məqsədilə atmayacaqlarını vurğulayıb: “Bizim hər legioner üçün verilən 20 min manata ehtiyacımız yoxdur. Sponsorumuz Dövlər Neft Şirkətinin hansı imkanlara malik olduğunu bilirsiniz. Legioner rüsumunu qaldırmağımızın özü klubların yerli futbolçulara daha çox üstünlük verməsini istədiyimizdən irəli gəlir. Elə bilirsiniz, yığmada əcnəbiləri sevdiyimizdən oynadırıq?”
PFL prezidenti, həmçinin Azərbaycanın aparıcı futbolçularının idmançı rejiminə əməl etmədiklərini vurğulayıb: “Gün ərzində cəmi 1,5 saat məşq edənə futbolçu demək olmaz. Məşqlərdən sonra da qalıb işləyən futbolçulara baxsanız, görərsiniz ki, hamısı əcnəbilərdir. Kim istəyirsə, gecə saat 12-dən sonra ulduz saydığınız yerli futbolçuların harada olduqlarını deyə bilərəm. O gün də 3 nəfəri görmüşəm. “Neftçi”də işlədiyim vaxt bütün yaş qruplarında çıxış edən futbolçuların telefon nömrələri məndə var idi. Vaxtaşırı zəng edib, harada olduqlarını soruşurdum. Futbolçular da anlayırdılar ki, onların üzərində nəzarət var”.

1062