“Xəzər Lənkəran” oynadı, qolları “Metallurq” vurdu
Lent.az-ın məlumatına görə, bu dəfə rəqib Ukraynanın yüksək dəstəsinin son pilləsində qərarlaşan “Metallurq” (Zaporojye) olub.
“Gloria Serenti” otelinin meydançasında baş tutan qarşılaşmada Lənkəran komandasının baş məşqçisi Mirça Rednik sərəncamındakı oyunçuların əksəriyyətini sınayıb. Matç ümumilikdə bərabər səviyyəli mübarizə ilə yadda qalıb. İlk hissədə qapılar qarşısında bir neçə təhlükəli epizod yaşanıb. Amma hesabı “Xəzər Lənkəran” açıb. Stelian Stankunun cərimə meydançasına etdiyi “asma”dan sonra “Metallurq”un futbolçusu topu öz qapısına göndərib.
İkinci hissə də heç bir komanda üstünlüyü ilə seçilməyib. Bununla belə, sona 5 dəqiqə qalmış rəqib hesabı bərabərləşdirib. Bununla da, növbəti yoxlama oyunu heç-heçə ilə yekunlaşdı.
Qeyd edək ki, “Xəzər Lənkəran” Antalya toplanışı çərçivəsində daha bir yoxlama görüşünü yanvarın 28-ə planlaşdırıb.

552