“Neftçi” “Arsenal”ı yendi
“Neftçi”nin start heyətində Rauf Mehdiyev, Ruslan Əmircanov, Denis Silva, İqor Mitreski, Ruslan Abışov, Slavço Georgievski, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Cavid Hüseynov, Mirhüseyn Seyidov və Bahodir Nasimov yer alıb. Hesab elə 7-ci dəqiqədə açılıb. Rəşad Abdullayev fərqlənib. 23-cü dəqiqədə Bahodir Nasimov özünə qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq yerinə yetirib.
Fasilədən sonra flaqmanın heyətində Ruslan Qurbanov, Araz Abdullayev, Emil Mpenza, Tərlan Quliyev, Elmar Baxşiyev, Tural Nərimanov, Elçin Sadıqov, Eltun Yaqublu, Flavinyo, Kərim Diniyev meydançaya çıxıb. Onlar Ruslan Abışov, Rəşad Abdullayev, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Denis Silva, Rauf Mehdiyev, Bahodir Nasimov, Ruslan Əmircanov və Slavço Georgiyevskini əvəzləyiblər. Bu dəyişikliklər “Arsenal”ın 78-ci dəqiqədə fərqi azaltmasına səbəb olub. Oyun isə “Neftçi”nin qələbəsi ilə başa çatıb – 2:1.
“Ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov nəticədən razı qaldıqlarını bildirib: “Bu, hazırlıq mərhələsində ilk oyunumuz idi. Komandamız gərgin məşqlər edir, buna görə də fiziki yükləmələr hiss olunur. Məşqçilər korpusu nəticədən razı qaldı. Birinci hissədə daha yaxşı oynadıq, çoxlu qol vəziyyətləri yaratdıq və bunların ikisindən yararlandıq. Fasilədən sonra həyata keçirdiyimiz dəyişikliklər isə istər-istəməz oyunun gedişinə təsir göstərdi. Bu qarşılaşmada əsasən gənclərə şans verdik ki, onlar potensiallarını göstərə bilsinlər. Qarşıdakı yoxlama matçlarında da nəticəyə önəm verməyəcəyik. Həm gəncləri sınaqdan keçirəcəyik, həm də müxtəlif taktiki sxemlər üzərində işləyəcəyik”.
“Bu gün iki fərqli hissə izlədik. Birinci hissədə “Neftçi” daha çox hücumda olurdusa, fasilədən sonra təzyiqi artırıb, tədricən mübarizəni bərabərləşdirdik. Hətta buraxılan qollardan birinin əvəzini də çıxa bildik”. Bu fikirləri isə “Neftçi” klubunun rəsmi saytına açıqlamasında Ukrayna “Arsenal”ının baş məşqçisi Yuri Bakalov deyib.
Onun rəhbərlik etdiyi kollektiv Antalyada keçirilən yoxlama matçında flaqmana 1:2 hesabı ilə uduzub. Bakalov “Neftçi”nin güclü olduğunu vurğulayıb: “Etiraf edək ki, “Neftçi” güclü klubdur. Komanda yaxşı təşkilatlanıb, texnikalı, sürətli oyun nümayiş etdirir. Amma nəzərə almaq lazımdır ki, indi biz hazırlığın müxtəlif mərhələlərindəyik. Əgər “Neftçi” əsas hazırlıq mərhələsindədirsə, bu, bizim ilk təlim-məşq toplanışımızdır. Hər halda, maraqlı oyun oldu. “Neftçi”yə qarşıdakı yarışlarda uğurlar arzulayıram”.

599