Gəncədə Yunan-Roma və sərbəst güləş üzrə respublika turniri keçirilir
22 may 2009 13:15 (UTC +04:00)

Gəncədə Yunan-Roma və sərbəst güləş üzrə respublika turniri keçirilir

Turnirdə 13-14 yaşlı güləşçilər iştirak edir
Mayın 21-də Gəncədə yeniyetmə güləşçilərin mübarizə apardığı Yunan-Roma və sərbəst güləş üzrə respublika turnirinə start verilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, turnirin açılış mərasiminə Respublika Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Güləş Federasiyasının 7 saylı nümayəndəliyinin rəhbəri Vaqif Məmmədov da qatılıb.

Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışda ölkənin müxtəlif regionlarından 600-ə yaxın idmançı qüvvəsini sınayır.

Yarışın ilk günündə Yunan-Roma güləşi üzrə 4 çəki dərəcəsində qaliblər müəyyənləşib. Beləki, 32 çəki dərəcəsində Daşkəsən güləş məktəbinin yetirməsi Şahin Bayramov, 35 və 38 çəki dərəcəsində Bakı idmançıları Sənan Süleymanov, Kərim Cəfərov, 42 çəki dərəcəsində isə Gəncə güləşçisi İzzət Salmanov turnirin qalibi adını qazanıb. Bu üsulla güləşənlərin son yarışı mayın 22-də keçiriləcək və sərbəst üsulla güləşən pəhləvanlar döşək üzərinə çıxacaq.

Turnir mayın 24-də yekunlaşacaq.

Vüsalə Cənnətova
# 1009

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28