“Qarabağ” qələbəni əldən verdi
27 yanvar 2011 11:02 (UTC +04:00)

“Qarabağ” qələbəni əldən verdi

Lent.az-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov start heyətində Bojan Pavloviç, Qara Qarayev, Admir Teli, Samir Abasov, Ansi Aqolli, Namiq Yusifov, Rəşad Sadiqov, Elvin Məmmədov, Georgi Adamiya, Vüqar Nadirov və Rauf Əliyevə yer verib.

Öncədən tam hazır olmayan və ya zədəli olan Maksim Medvedev, Zaur Həşimov, Aslan Kərimov, Əfran İsmayılov, Aftandil Hacıyev və Rəşad Kərimov isə oynamayıb. 17-ci dəqiqədə çoxgedişli kombinasiyanı Rauf Əliyev qolla tamamlayıb. İlk yarı elə “Qarabağ”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissəyə Əliyevi yeni transfer Nderim Nedzipi əvəzləyib. Oyunun gedişində Emin İmaməliyev, Ayxan Abbasov, Dövran Ayxan, Andrey Rubins və İlqar Qurbanov da meydançaya daxil olublar. Nadirov meydançanı tərk etdikdən sonra Qurbanov tək hücumçu kimi sınaqdan çıxarılıb.

İkinci hissə daha məhsuldar alınıb. 65-ci dəqiqədə “İliçevets” bərabərlik qolunu vurub. Amma “Qarabağ” çox keçmədən yenidən hesabda önə keçib. Samir Abasov standart vəziyyətdən sonra topu başla “İliçivets”in qapısından keçirəndə dəqiqələr 72-ni göstərirdi. Amma Ağdam komandası qələbə hesabını qoruya bilməyib. Sona 5 dəqiqə qalmış ukraynalılar yekun nəticəni müəyyənləşdiriblər - 2:2.

Qeyd edək ki, bundan öncə “Qarabağ” Qazaxıstanın “Jetısu” klubuna 2:3 hesabı ilə uduzub, Türkiyənin “Ərdəmirspor” komandasını isə 45 dəqiqəlik oyunda darmadağın edib – 8:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar