Ziya Məmmədovun oğlu “Bakı” komandasına rahat avtobus alıb
22 may 2009 10:00 (UTC +04:00)

Ziya Məmmədovun oğlu “Bakı” komandasına rahat avtobus alıb

“Bakı” komandası çempion olduqdan sonra klub rəhbərliyi tərəfindən ilk mükafatını alıb. Lent.az-ın məlumatına görə, bu haqda komandanın baş məşqçisi Qyoko Haciyevski açıqlama verib.

O, bildirib ki, mayın 17-də Azərbaycan çempionluğunu rəsmiləşdirdikdən sonra klubun prezidenti Hafiz Məmmədovla fəxri prezident Anar Məmmədov “Bakı” komandası üçün “Man” şirkətinin istehsalı olan yeni və rahat avtobus alıblar. Yaxın iki ay ərzində isə Biləcəri qəsəbəsindəki “Delfin” otelinin yaxınlığında inşa olunan klubun yeni bazası istifadəyə veriləcək: “Bazamız istifadəyə verildikdən sonra oyunlara daha rahat şəraitdə hazırlaşa biləcəyik”.

Qeyd edək ki, Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.
# 1033

Oxşar yazılar