“Beijing Dragons” - “Baku Fires”: Heyətlər açıqlandı
0
0
Lent.az-ın məlumatına görə, döyüş Makao şəhərindəki “Venetian” otelində baş tutacaq.
Artıq hər iki komanda heyətini açıqlayıb. Bu dəfə də “Baku Fires”in heyətində bir yeni boksçu debüt edəcək. Bu 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Abdulkadir Abdullayevdir. Onun rəqibi Xianqyanq Çenq olacaq. 54 kq çəki dərəcəsində Məhəmməd Abdulhəmidov artıq bir dəfə məğlub etdiyi Şaofanq Luo ilə üz-üzə gələcək. Xatırladaq ki, Əbdülhəmidov Luonu WSB liqasının I turunda Bakıda keçirilmiş döyüşdə yenib. Romal Amanov da Lei Fanq üzərində ikinci qələbəsini qazanmağa çalışacaq. “Beijing Dragons”un heyətində yeganə legioner seneqallı Assane Faye olacaq. Onu isə ötən həftə komandamızın digər üzvü – Rizvan Əlimuradov yenib.
Qeyd edək ki, “Baku Fires” 6 turdan sonra 100 faizlik nəticə ilə qrupun vahid lideridir. Komandamız WSB liqasında məğlubiyyət acısı dadmayan yeganə klubdur. “Beijing “Dragons” 4 xalla qrupda sonuncu yeri tutur. Bir həftə öncə Çində keçirilmiş qarşılaşmada “Baku Fires” rəqibini 3:2 hesabı ilə üstələyib.