Azərbaycan yığmasının 2011-ci ilin ilk yarışı üçün heyəti açıqlandı
27 yanvar 2011 09:15 (UTC +04:00)

Azərbaycan yığmasının 2011-ci ilin ilk yarışı üçün heyəti açıqlandı

Azərbaycan Boks Federasiyasından Lent.az-a verilən məlumata görə, məşqçilər heyəti ənənəvi yarışda 6 idmançını sınayacaq.

Baş məşqçi Yevgeni Kotov turnirdə son ölkə çempionatının qalibləri – İlkin Ağayev (52 kq), Heybətulla Hacəliyev (60 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Vətən Hüseynli (81 kq) və Teymur Məmmədova (91 kq) şans verəcək. Bu, millimizin 2011-ci ildə ilk yarışı olacaq. 10 çəki dərəcəsi üzrə keçiriləcək turnirdə AİBA-nın qaydalarına əsasən, 17 - 34 yaşlı idmançılar gücünü sınayacaq.

Qeyd edək ki, bu ilin ilk yarışı olduğundan, bir çox güclü boks ölkəsinin Debretsenə yollanması gözlənilir. Artıq Rusiya, Kuba və Özbəkistan yarışda iştiraklarını təsdiqləyib. Fevralın 12-də başa çatacaq yarışda həmyerlimiz, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov ədaləti təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar