“Turan” Ukrayna Premyer Liqası klubunu yendi
Lent.az-ın məlumatına görə, Ukraynanın "Obolon" komandası olub.
Oyun “Turan”ın qələbəsi ilə nəticələnib – 2:1. Baş məşqçi Naci Şensoyun komandasından qolları Georgi Çediya və Georgi Beriaşvili vurub.
“Obolon” əsasən gənclər və əvəzedicilərdən qurulmuş komanda ilə çıxış edib. Klubun rəsmi saytının yazdığına görə, türkiyəli hakimlər briqadasının idarə etdiyi qarşılaşmada “Turan”ın qolu oyundankənar vəziyyətdən vurulub. Bununla yanaşı, hakim tovuzlu futbolçunun özlərinə aid cərimə meydançasında əllə oyununa göz yumub.
Görüş isə maraqlı şəraitdə baş tutub. Əvvəlcədən yanvarın 24-ə planlaşdırılan matç güclü yağış üzündən keçirilməyib. Sonradan “Turan” nümayəndələri özlərinin məşq etdikləri meydançada yağış olmadığını bildiriblər və qarşılaşma ertəsi gün oynanılıb.
Qeyd edək ki, “Obolon” Ukrayna Premyer Liqasında çıxış edir.

956