Elina Qusevanın qardaşı: “O vaxtlar Azərbaycan futbolu ilə maraqlanırdım” – MÜSAHİBƏ
Lent.az Moskva MOİK-nin heyətində 2005-ci ildə UEFA Kubokunun qalibi olmuş 34 yaşlı yarımmüdafiəçi ilə müsahibəni təqdim edir:
- “Neftçi” ilə yoxlama matçı keçirəcəyinizi eşidəndə, bu xəbəri necə qarşıladınız?
- Bunu yaxşı xəbər kimi qarşıladım. Çünki “Neftçi” kifayət qədər tanınmış komandadır. Bu klub haqqında hələ SSRİ dövründə çox danışırdılar, əksəriyyət “Neftçi”ni tanıyırdı. Son illər də “Neftçi” populyar klubdur. Yoxlama matçı olmasına baxmayaraq, fikrimcə, maraqlı mübarizə baş tutacaq. Qafqaz komandaları ilə oyunlar həmişə maraqlı alınır.
- Mən birinci sualı təsadüfən vermədim. Siz “Neftçi”yə qarşı heç də ilk dəfə forma geyinməyəcəksiniz. 2004-cü ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Moskva MOİK-nin heyətində flaqmana qarşı çıxış etmisiniz. Həmin görüşləri necə xatırlayırsınız?
- İlk oyunumuzu Bakıda keçirdik və bizə çox ağır oldu. Çünki tribunalar dolu idi, “Neftçi”ni xeyli azarkeş dəstəkləyirdi. Bakıdakı qarşılaşmada hesab açılmadığından, yeganə ümid yerimiz Moskvadakı oyuna qalırdı. Təkrar matçda çətinliklə də olsa, 2:0 hesablı qələbə qazanıb, mərhələ adladıq. Birinci qolu Vaqner Lav vurmuşdu. İkinci topu isə mən başla qapıya göndərmişdim.
- İndiki “Neftçi” haqqında hansı məlumata maliksiniz?
- Bildiyimə görə, Emil Mpenza və İqor Mitreski “Neftçi”nin heyətində yer alır. Mitreski “Spartak”ın şərəfini qoruyarkən ona qarşı oynamışam. Azərbaycanda “Neftçi”, “İnter” kimi komandaların güclü olduğundan xəbərdaram. Açığı, Azərbaycan futbolu haqqında lap geniş bilgiyə malik deyiləm. Mənim bacım Elina “Bakinka” (“Bakılı”-red.) həndbol klubunun şərəfini qoruduğu vaxt, Azərbaycan futbolu ilə yaxından maraqlanırdım. Bacım Azərbaycan yığmasının üzvü Yaşar Vahabzadənin həndbolçu olan həyat yoldaşı ilə rəfiqə idi. Biz o vaxtlar ailəvi yaxın münasibətdə idik.
- Mpenza və Mitreskini tanıdığınızı söylədiniz. Bəs Azərbaycan futbolçularından kimisə tanıyırsınızmı?
- Dmitri Kramarenkonu. Düzü, hazırda karyerasını davam etdirənləri tanımıram. İş ondadır ki, Rusiya və Ukraynada Azərbaycan çempionatını televizor vasitəsilə göstərmirlər. Buna görə də sizin futbolçular barədə ətraflı bilgim yoxdur.
- “Neftçi” ilə oyundan nə gözləyirsiniz?
- Komandanın yeni qurulmasından və hazırda Azərbaycan çempionatına liderlik etməsindən xəbərim var. Həm də heyətinizdə gənc və perspektivli futbolçuların da çoxluq təşkil etdiyindən bilgiliyəm. Mənə elə gəlir ki, maraqlı görüş olacaq. Amma yəqin ki, matç aşağı tempdə keçəcək. Çünki biz hazırlığa təzə başlamışıq. Hər halda, baxımlı oyun izləyəcəyinizə inanıram.

484