Anasını təbrik etmək Messiyə 3 min avro cərimə bahasına başa gəldi
26 yanvar 2011 12:36 (UTC +04:00)

Anasını təbrik etmək Messiyə 3 min avro cərimə bahasına başa gəldi

Lent.az-ın məlumatına görə, buna son iki ilin ən yaxşı futbolçusunun İspaniya çempionatı matçında “Rasinq”ə qol vurduqdan sonra etdiyi hərəkəti səbəb olub.

Argentinalı oyunçu telekameralara tərəf qaçaraq, futbolkasını yuxarı qaldırıb və “Ad günün mübarək, ana!” yazısını nümayiş etdirib. Baş hakim Messiyə həmin vaxt xəbərdarlıq etməyib. Lakin oyunun protokolunda bu barədə qeyd aparılıb. Sonradan o, cəriməyə məruz qalıb. Məbləğin isə 2-3 min avro olacağı gözlənilir.

Qeyd edək ki, “Barselona” “Rasinq”ə böyük hesabla qalib gəlib – 3:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar