“Muğan” milli komandanın futbolçusu ilə müqavilə bağladı
26 yanvar 2011 10:07 (UTC +04:00)

“Muğan” milli komandanın futbolçusu ilə müqavilə bağladı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Barlay futbolçu karyerası ərzində İsveç və Finlandiya çempionatlarında çıxış edib.

Yarımmüdafiəçi yığmada son matçını 2010-cu ilin oktyabrında keçirib. Həmin vaxt Sierra Leon və CAR milliləri arasında oynanılan qarşılaşmada Barlay 90 dəqiqə çıxış edib.

Qeyd edək ki, "Big Sammy" ləqəbi ilə tanınan futbolçu Samuel Barlay burkina-fasolu Narsis Yameoqodan sonra “Muğan”da çıxış edən ikinci afrikalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar