FİFA Ukraynanı diskvalifikasiya ilə hədələdi
25 yanvar 2011 21:02 (UTC +04:00)

FİFA Ukraynanı diskvalifikasiya ilə hədələdi

Lent.az-ın məlumatına görə, buna ölkə rəhbərliyinin FFU-nun işinə müdaxiləsi səbəb olub.

FİFA-nın açıqlamasında bildirilir ki, hökumət ötən ilin dekabrında federasiya prezidenti Griqori Surkisi istefaya göndərməyə cəhd edən İcraiyyə Komitəsinin bir neçə üzvünün tərəfini saxlayıb. Komitə üzvləri Qriqori Surkisi qardaşı İqor Surkisin prezidenti olduğu Kiyev “Dinamo”suna kömək etməkdə ittiham ediblər. FFU prezidenti postunu qoruyub, lakin onun rəqibləri federasiya rəhbərinin istefasına nail olacaqlarını bəyan ediblər.

FFU-ya göndərilən məktubda bildirilir ki, Surkisi istefaya göndərmək istəyən federasiya üzvlərinə hökumətin təzyiq etdiyi barədə FİFA-da sübutlar var. Məktubda hazırkı prezidentin səlahiyyət müddətinin bitəcəyi 2012-ci ilədək postunda qalmalı olduğu əksini tapır. FFU bu müddətdən tez rəhbərliyini dəyişsə, FİFA qəbul etməyəcək.

Diskvalifikasiya təqdirində Ukraynanın yığma və klub komandaları FİFA bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcəklər. 2012-ci ildə Ukrayna Polşa ilə birgə təşkil edəcəyi Avropa çempionatında oynamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30