3 ölkənin çempionu “Milan”da
Lent.az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçi “Bavariya”nı baş məşqçi Lui van Qalla münasibətləri pozulduğu üçün tərk edib.
Van Bommel komanda rəhbərliyindən onu buraxmasını tələb edib. Yanvarın 25-də Münhen klubu Hollandiya yığmasının oyunçusu ilə müqavilənin qüvvədən düşdüyünü açıqlayıb. Bundan sonra van Bommel “Milan”a keçib. Müqavilə müddəti və şərtləri haqda isə məlumat verilmir.
Qeyd edək ki, Mark van Bommel “Bavariya”ya 2006-cı ildə İspaniya “Barselona”sından keçib. O, 2008-2009-cu il mövsümündə Münhen komandasının kapitanı olub. Əvvəllər Hollandiyada PSV, İspaniyada “Barselona”, Almaniyada isə “Bavariya” ilə ölkə çempionu olmuş 34 yaşlı yarımmüdafiəçi indi İtaliya çempionatının qızıl medallarını qazana bilər. Hazırda “rossonyerlər” A seriyasında 21 turdan sonra 44 xalla liderdirlər.

668