“Australian Open”: Uilyamsla Şarapovanının qənimi uduzdu
25 yanvar 2011 16:21 (UTC +04:00)

“Australian Open”: Uilyamsla Şarapovanının qənimi uduzdu

Lent.az-ın məlumatına görə, qadınların fərdi mübarizəsində ¼ final mərhələsində dünyanın 1 nömrəli tennisçisi, danimarkalı Karolin Voznyatski italiyalı Françeska Skyavoneni yenib – 3:6, 6:3, 6:3.

Onun yarımfinalda rəqibi çinli Na Li olacaq. Li əvvəlki mərhələlərdə Vinus Uilyams (ABŞ) və Mariya Şarapova (Rusiya) kimi ulduzları mübarizədən kənarlaşdırmış almaniyalı Andrea Petkoviçi üstələyib – 6:2, 6:4. Qalan iki yarımfinalçı Aqnyeşka Radvanska (Polşa) – Kim Kleysters (Belçika) və Petra Kvitova (Çexiya) – Vera Zvonaryova (Rusiya) matçının yekununda müəyyənləşəcək. Bu oyunlar yanvarın 26-da olacaq.


Kişilərin fərdi yarışında ¼ final görüşündə isveçrəli Roje Federer həmyerlisi Stanislav Vavrinkanı udub – 6:1, 6:2, 6:3. Onun növbəti rəqibi serbiyalı Novak Cokoviç olacaq. Cokoviç isə çexiyalı Tomas Berdıxdan güclü olub – 6:1, 7:6 (7:5), 6:1. Daha iki yarımfinalçı Aleksandr Dolqopolov (Ukrayna) – Endi Mürrey (Böyük Britaniya) və David Ferrer (İspaniya) – Rafael Nadal (İspaniya) matçlarının qalibləri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar