“Neftçi”yə çoxlu məşhur futbolçu təklif ediblər” – MÜSAHIBƏ
25 yanvar 2011 15:55 (UTC +04:00)

“Neftçi”yə çoxlu məşhur futbolçu təklif ediblər” – MÜSAHIBƏ

“Neftçi” futbol klubunun baş məşqçisi Arif Əsədovun Lent.az-a müsahibəsi

- Türkiyənin Antalya şəhərində keçirdiyiniz təlim-məşq toplantıda əsas işiniz nədən ibarət olacaq?

- Artıq yanvarın 24-dən Antalyadayıq. İkinci təlim-məşq toplantısında daha çox yoxlama oyunu keçirməklə, mövsümün ikinci yarısı öncəsi komandamızın durumunu təyin etməli və elə Antalyada transfer işlərimizi başa vurmalıyıq. Hazırlıq prosesi fevralın 4-dək davam edəcək.

- Transfer məsələlərində gecikdiyinizi düşünmürsünüz?

- Xeyr. Mənə elə gəlir ki, gecikmirik. Hər şey ölçülüb-biçilib. Klub rəhbərliyinin siyasəti elə qurulub ki, transferlərimizdə səhv etməməliyik. Ona görə də tələsik qərar vermək istəmirik. Baxışa da çox futbolçu dəvət etmirik. Danışıqlar apardığımız futbolçular səviyyəli olduqlarından, proses bir qədər uzanır. Amma məncə, biz gecikmirik. Hazırkı toplanışda bu məsələ həll olunacaq. Qalan 4 oyunda istədiyimiz heyəti qurmağa, yeni futbolçu da cəlb etməklə, xətlərarası əlaqələr üzərində işləməyə vaxtımız olacaq.

- Ötənlərin bir sıra məşhur futbolçuları var ki, karyeralarının qürub dövründə ərəb və ya Uzaq Şərq ölkələrində çıxış etməyə üstünlük verirlər. “Neftçi”yə bu cür futbolçular təklif etmirlər?

- Bu cür futbolçuları çox təklif ediblər. Amma onlardan imtina etmişik. Bizim istədiyimiz futbolçular Matey Kejman, Ceremi Ncitap kimi adlardan ibarət deyil. Sadəcə, bizə lazım olan mövqeyə və istədiyimiz oyun üslubuna yarayan futbolçuları transfer edirik.

- Sizə kimləri təklif ediblər?

- Mən onların hamısının adlarını çəkmək istəmirəm. Deməyim odur ki, bəlkə də istədiyimiz oyunçu çox tanınmır, amma oyun üslubumuza uyğun gəlir.

- Elə isə necə ola bilər ki, “Neftçi”yə təklif olunan futbolçularla “ilk 5-lik” klubları da maraqlansın?

- İlk təlim-məşq toplantısı zamanı danışıq apardığımız Reni Portuqaliyanın yüksək liqasında çıxış edən “Gimaraynş”ə keçdi. Bu onu göstərir ki, tutduğumuz siyasət, danışıqlar apardığımız futbolçular səviyyəlidirlər.

- Hazırda danışıqlar apardığınız futbolçu var?

- Bəli. Danışıqları toplanışımızın ikinci mərhələsində tamamlayacağıq.

- Ümumiyyətlə, neçə futbolçu almağı planlaşdırırsınız?

- Dayaq yarımmüdafiəçisi və qapıçı mövqeyinə oyunçu transfer etmək fikrindəyik.

- “Qarabağ”la müqaviləni uzatmaqdan imtina edən Elvin Məmmədovun “Neftçi”yə təklif olunduğu bildirilir...

- Əgər belə şey olsaydı, Elvinin “Neftçi”yə keçəcəyi indiyədək bilinərdi. Çox söhbətlər gəzir, amma arada konkret bir şey olmayanda biz buna önəm vermirik. Alacağımız futbolçuları özünüz də görəcəksiniz. Bir az səbirli olmaq lazımdır.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30