“Neftçi”nin qapıçısı aprelədək oynamayacaq
25 yanvar 2011 13:08 (UTC +04:00)

“Neftçi”nin qapıçısı aprelədək oynamayacaq

Lent.az-ın məlumatına görə, bu, litvalı qolkiperin zədəsini hələ tam sağalda bilməməsi ilə əlaqədardır.

Hazırda öz vətənində müalicəsini davam etdirən 27 yaşlı qapıçı “Neftçi”nin rəsmi saytına açıqlamasında yaşıl meydançalara gec qayıdacağını söyləyib: “Bir müddət öncə diz nahiyəmdən cərrahiyyə əməliyyatı keçirmişəm. Həmin vaxt həkimlər 6 aya sağalacağım barədə rəy vermişdilər. Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəsəm də, həkimlərin rəyinə əsasən, təxminən mart-aprel aylarında məşqlərə başlaya bilərəm. Təbii ki, bu vəziyyət mənə çox pis təsir göstərir. Çünki indi sevimli komandam “Neftçi”nin sıralarında olmaq, Premyer Liqanın qarşıdakı gərgin oyunlarında kömək etmək istərdim. Ümidvaram ki, tezliklə sağalıb, flaqmanın heyətinə qayıdacağam. Klub rəsmiləri daima mənimlə əlaqə saxlayırlar, müalicəmi diqqət mərkəzində saxlayırlar. Bu diqqətə görə “Neftçi” rəhbərliyinə minnətdarlıq edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568

Oxşar yazılar