Azərbaycanlı futbolçu Moskva “Spartak”ında
17 yanvar 2011 11:33 (UTC +04:00)

Azərbaycanlı futbolçu Moskva “Spartak”ında

Lent.az-ın “qırmızı-ağlar”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılıb.

“Saturn”un keçmiş mərkəz yarımmüdafiəçisi artıq “qırmızı-ağlar”ın Türkiyədə keçirdiyi təlim-məşq toplantısında iştirak edir və yeni mövsümə hazırlaşır. Mahmudov komandanın fiziki hazırlıq üzrə məşqçisi Oskar Qarsiyanın rəhbərliyi altında fərdi məşğul olur. O, “spartak.com”a açıqlamasında uşaqlıq arzusuna çatdığını söyləyib: “Uşaqlıqdan “Spartak”a azarkeşlik edirdim. “Qırmızı-ağlar”ın heyətində mənim sevimli futbolçum İlya Tsımbalar çıxış edirdi. Hələ həmin vaxt özümü yuxuda “Spartak” formasında görmüşdüm. Budur, arzum həyata keçdi. Həqiqətən də xoşbəxtəm".

Qeyd edək ki, Emin Mahmudov 27 aprel 1992-ci ildə Azərbaycanın Saatlı rayonundakı Krasnoselsk kəndində doğulub. Rusiya vətəndaşlığı olan futbolçu 2007-ci ildən “Saturn”un gənclərdən ibarət komandasında çıxış edib. Ötən il aprelin 24-də Mahmudov Ramensk komandasının əsas heyətində Moskva “Dinamo”su ilə matçda debüt edib. Premyer Liqanın 29-cu turunda isə o, ilk qolunu “Anji”nin qapısından keçirib. Rusiyanın yeniyetmələrdən ibarət yığmasına dəfələrlə çağırılıb, ötən il Valentin Qranatkinin xatirə turnirində ən yaxşı bombardir olub. Mövsümün sonunda ən yaxşı oyunçular üçün müəyyənləşdirilən “ilk beşlik” mükafatının səsverməsində 3-cü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar