“Qarabağ” Elvin Məmmədovu “Neftçi”yə təklif edib?
15 yanvar 2011 18:28 (UTC +04:00)

“Qarabağ” Elvin Məmmədovu “Neftçi”yə təklif edib?

Bu haqda Lent.az-a klubun baş direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, “Qarabağ” rəhbərliyi cari mövsümün sonunadək müqaviləsi olan Məmmədovu gələcəkdə də komandada saxlamaq istəyib. Lakin 23 yaşlı yarımmüdafiəçi ilə anlaşmaq mümkün olmayıb. Çəlikəl səbəb açıqlamaqdan imtina edib: “Bu, klubun daxili işidir”.


Klub rəsmisi Məmmədovu hələ 5 ay “Qarabağ”da oynatmaq hüququna malik olduqlarını söyləsə də, başqa kluba keçidinin mümkünlüyünü inkar etməyib: “Elvinin başqa komandaya keçib-keçməyəcəyini zaman göstərəcək. Hansısa yenilik olsa, bunu hamı biləcək”.


İndiyədək tovuzlu futbolçunun “Bakı”ya keçmə ehtimalının daha yüksək olduğu bildirilirdi. Lakin bu gün Məmmədovun “Neftçi”yə təklif olunduğu barədə söz-söhbətlər yayılıb. Çəlikəl isə belə bir halın baş vermədiyini deyib.


Qeyd edək ki, “Qarabağ” qış transfer dövründə hələlik bir transfer reallaşdırıb. Bu, ötən mövsümü Türkiyə çempionatının I liqasındakı “Mersin İdman Yurdu”nda keçirən İlqar Qurbanovdur. Eyni zamanda son iki gün ərzində 2 legioner baxışa cəlb olunub. 25 yaşlı bosniyalı hücumçu Zoran Kokotla 27 yaşlı makedoniyalı hücumameylli yarımmüdafiəçi Nderim Nedzipi haqda yaxın günlərdə qərar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30