Kazbek Tuayev Rəşad Sadıqovu “Alaniya”da oynamağa qoymayıb
Hazırda Türkiyənin “Eskişehirspor” futbol komandasında çıxış edən Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov ötən il Rusiyanın “Alaniya” klubundan təklif alıb. Bu haqda Lent.az-a “Alaniya” rəhbərliyi ilə yaxın münasibətləri olan veteran futbolçu Kazbek Tuayev məlumat verib.
Onun sözlərinə görə, təklif Vladiqafqaz komandası Rusiya Premyer Liqasında çıxış etdiyi vaxt birbaşa Sadıqovun özünə ünvanlanıb. 29 yaşlı müdafiəçi isə Tuayevlə məsləhətləşdikdən sonra razılıq verməyib: “Sadıqov mənə “Alaniya”dan təklif aldığını dedi. Mən isə Rəşadın bu komandaya yollanmasını məsləhət görmədim. Çünki həmin vaxt “Alaniya” futbolçulardan yox, futbolçu yığınından ibarət idi”.
Ötən mövsümün yekunlarına əsasən, Premyer Liqa ilə vidalaşan “Alaniya” qarşıdakı mövsüm I divizionda çıxış edəcək. Bununla belə, Tuayev indi azərbaycanlı futbolçuların da Vladiqafqaz komandasında oynamasını məqsədəuyğun sayıb. O, fikirlərini yaxın qohumu Valeri Qazzayevin “Alaniya”nın prezidenti olması və artıq klubun peşəkar əsaslarla idarə olunacağı ilə əlaqələndirib: “Valeri Qazzayev “Alaniya”nı bir il öncə alsa da, həmin vaxt onun klubu saxlamaq üçün kifayət qədər maliyyəsi yox idi. İndi isə komandaya Şimali Osetiya Respublikasının rəhbərliyi himayədarlıq edəcək. Valeri Qazzayev oğlu Vladimiri “Alaniya”nın baş məşqçi postuna gətirib. Komandanın qarşısına ciddi məqsədlər qoyulub. Buna görə də azərbaycanlı futbolçuların bu klubda keçidinə kömək edə bilərəm”.
Lakin milliyyətcə osetiyalı olan Tuayev “Alaniya”da hər hansı vəzifədə çalışmasının qeyri-mümkünlüyünü bildirib: “Osetiyalılar mənə çox pisliklər ediblər. Digər tərəfdən, mən Bakının Ələt qəsəbəsində doğulmuş, Ələtdə boya-başa çatmış, “Neftçi”də oynamış, Azərbaycan komandalarında baş məşqçi kimi çalışmışam. Hazırda da Bakıda yaşayır və işləyirəm. Həm mərhum Heydər Əliyevi, hazırkı ölkə başçısı İlham Əliyevi çox sevirəm. Dövlət mənə “Şöhrət” ordeni verib. Azərbaycana bağlı insanam və bu ölkəni heç vaxt tərk etmərəm”.
Elşən MƏMMƏDOV

705