“İnter” “Birlik Kuboku”na darmadağınla başladı
Lent.az-ın məlumatına görə, A qrupunda yer alan ikiqat Azərbaycan çempionu ilk görüşündə Qırğızıstanın “Neftçi” komandasını böyük hesabla yenib – 3:0. “Peterburqskiy” İdman Konsert Kompleksində baş tutan oyun “İnter”in aşkar üstünlüyü şəraitində keçib. Hesabı 19-cu dəqiqədə Girt Karlson açıb. 45-ci dəqiqədə Aleksandr Çertoqanov ikinci qolu vurub. Oyunda son nöqtəni isə 78-ci dəqiqədə Sergey Yeqorov qoyub.
Qrupun digər matçında “İskra-Stal” (Moldova) və “İstiklol” (Tacikistan) komandaları qalibi müəyyənləşdirə bilməyib – 1:1.
“İnter” növbəti oyununu yanvarın 16-da “İstiklol”a qarşı keçirəcək.
Qrupun digər matçında “İskra-Stal” (Moldova) və “İstiklol” (Tacikistan) komandaları qalibi müəyyənləşdirə bilməyib – 1:1.
“İnter” növbəti oyununu yanvarın 16-da “İstiklol”a qarşı keçirəcək.
588