Kazbek Tuayev: “Tutaq ki, “İnter” “Birlik Kuboku”nu aldı, nə olsun?”
“Yanvarın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürən “Birlik Kuboku” vecsiz bir yarışdır. Bakıdan veteran həmkarlarım da yarışa yollanıblar. Amma mən belə turnirə getmirəm”.
Bunu Lent.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Kazbek Tuayev deyib.
Onun sözlərinə görə, “Birlik Kuboku”nun heç bir idman marağı qalmayıb. Bəzi ölkələrin çempionları əvəzedici heyətlə, bir sıra ölkələr isə ümumiyyətlə, vitse-çempion və ya 3-4-cü yerləri tutan komandalarla təmsil olunur. Tuayevin fikrincə, bu turnir pis siyasi fars, məzhəkədir: “Rusiya tərəfi keçmiş müttəfiq respublikaların komandalarını bir araya gətirməklə siyasi məqsəd güdür. Həm də FİFA və UEFA-nın təqvimində yer aldığı üçün Rusiya Futbol İttifaqının turniri hər il candərdi təşkil etməkdən başqa çarəsi yoxdur. Oyunların keçirildiyi süni örtüklü meydançalarda futbolçular zədələnə bilərlər. Turnirə komandalar ya ikinci heyətlə qatılır, ya da ölkə çempionları yox, 2-3-cü, hətta 4-cü yeri tutan komandalar gəlir. Ən üfunətli futbol Ermənistandadır, onlar da öz çempionatlarında 4-cü yeri tutan komandanı turnirə göndəriblər”.
Azərbaycanı “Birlik Kuboku”nda Unibank Premyer Liqasının son qalibi “İnter” təmsil edir. Paytaxt klubu yarışa Türkiyənin Antalya şəhərində hazırlaşıb və Sankt-Peterburqa əsas heyət oyunçuları ilə yollanıb. Ona görə də komandamızın adı turnirin favoritləri sırasında göstərilir. Lakin Tuayevin sözlərinə görə, “İnter” “Birlik Kuboku”nu alsa belə, bu, heç kimə lazım olmayan uğur sayılmalıdır: “Lap tutaq ki, “İnter” kuboku aldı. Nə olsun? Kimə lazımdır o kubok? İlk 3-4 ilində “Birlik Kuboku”nun bir nüfuzu vardı. İndi isə turnirdə ən zəif komandalar çıxış edir”.
Elşən MƏMMƏDOV

616