“Neftçi”nin futbolçusu: “Burada olan istəyi heç yerdə görməmişəm”
14 yanvar 2011 20:34 (UTC +04:00)

“Neftçi”nin futbolçusu: “Burada olan istəyi heç yerdə görməmişəm”

Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu İqor Mitreski klubun rəsmi saytına açıqlamasında deyib.


Flaqmanın Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısını dəyərləndirən makedoniyalı müdafiəçi kollektivdəki ab-havanı yüksək dəyərləndirib: “Mən bir çox ölkədə legioner həyatı yaşamışam. Lakin burada olan istəyi heç yerdə görməmişəm. Təbii ki, mən də təcrübəli futbolçu kimi komandamızın gənc üzvlərinə lazım olanda kömək edirəm. Onlar da bunu çox gözəl qəbul edirlər. İstəyirik ki, baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məhz biz futbolçularla çempion olaraq, uğura imza ataq. Axı tarixdə yalnız uğurlar qalır. Futbolda belə hallar çox olur, əvvəllər klubun şərəfini qoruyan futbolçu, sonradan həmin komandanın baş məşqçisi olur. Belə olan təqdirdə, təbii ki, həmin məşqçi öz doğma klubunun uğur qazanması üçün daha ürəklə çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar