“Neftçi”nin yeni məşqçisi danışdı – FOTO
14 yanvar 2011 18:53 (UTC +04:00)

“Neftçi”nin yeni məşqçisi danışdı – FOTO

Lent.az-ın məlumatına görə, komandanın fiziki hazırlıq üzrə məşqçisi Mehmet Ak flaqmanın rəsmi saytına açıqlamasında testin nəticələrindən qane olduqlarını bildirib.
Onun sözlərinə görə, bu testin sayəsində baş məşqçi Arif Əsədovun planına uyğun, hansı futbolçuya nə qədər tapşırıq verilməli olduğu müəyyənləşib. Yanvarın 14-də isə futbolçular fitnes testinə cəlb ediləcəklər: “Flaqmanın futbolçularının çalışmaq əzminə yalnız həsəd aparmaq lazımdır. Komandanın kapitanı Rail Məlikov məşqlərdə futbolçuları sanki vacib oyuna kökləyir. Bu isə məşqçilər korpusunun işini asanlaşdırır. Bütün heyət üzvləri çox istəklə çalışır. Texniki-taktiki cəhətdən komanda yüksək səviyyədədir, fiziki hazırlğı da eyni səviyyəyə çatdıra bilsək, “Neftçi” qarşısıalınmaz olacaq. Təlim-məşqə yeni başlamışıq, bir müddət sonra fiziki hazırlıq da ən üst səviyyədə olacaq”.


Klubdakı ab-havanın mükəmməl olduğunu deyən Ak “Neftçi” rəhbərliyi və baş məşqçi Arif Əsədovun əməyini vurğulayıb: “Vitse-prezident Tahir Süleymanov da Antalyada düşərgədə komandanın məşqini yaxından izləyir və isti münasibətə görə ona da minnətdarlığımı bildirirəm. Daxildə olduqda bunu görmək mümkündür. Heyətdə istedadlı gənc futbolçulara daim diqqət yetirilir. Bu, çox yaxşı haldır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 610

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30