Maykl Felps London olimpiadasına hazırlıqlara başladı
. Lent.az-ın məlumatına görə, 25 yaşlı ABŞ üzgüçüsü hazırlığının ilkin mərhələsi kimi 14 – 26 yanvarda Texasda keçiriləcək “Austin Grand Prix”inə qatılacağını bildirib.
Bu, Felps üçün 2010-cu ilin avqustundan sonra ilk yarış olacaq. İdmançının sözlərinə görə, hazırda onun üçün əsas məsələ turnirlərə qayıtmaq və suyu hiss etməkdir. Son məşqləri barədə danışan üzgüçü onların həm yaxşı, həm də pis effekt verə biləcəyini söyləyib.
Amerikalının fikrincə, London olimpiadasının startınadək vaxt çox tez keçəcək: “İndi məni çətinliklə inandırmaq olar ki, artıq Pekin olimpiadasından 2,5 il keçib”.
Qeyd edək ki, Maykl Felps tarixdə ən titullu idmançı sayılır. Əvvəllər heç kim nə ümumilikdə 14 olimpiya qızıl medal, nə də bir olimpiadada 8 qızıl medal qazana bilib. Felps 2004-cü il Afina olimpiadasında 6, 2008-ci il Pekin olimpiadasında isə 8 qızıl medala sahib çıxıb.

Oxşar yazılar

"Çelsi" dünya çempionatının 1/4 finalına yüksəldi
29 iyun 2025 , 04:19
"Palmeyras" dünya çempionatının 1/4 finalında
29 iyun 2025 , 01:32
Poqba "Monako" ilə müqavilə imzaladı
28 iyun 2025 , 21:52
"Barselona" Messinin maaş borcunu indi ödəyir
28 iyun 2025 , 17:53
30 milyonluq futbolçunu 100 milyona satırlar - 4 klub onu istəyir
28 iyun 2025 , 16:41
"Real" almaniyalı hücumçunu alır
28 iyun 2025 , 13:12
“Fənərbağça”nın prezidentinə bu futbolçunu almaq təklif olundu
28 iyun 2025 , 09:43