Azərbaycan çempionu Sankt-Peterburqu yenə fəth edə biləcəkmi? - TƏQVİM
Lent.az-ın məlumatına görə, ənənəvi turnirdə Azərbaycanı Unibank Premyer Liqasının son qalibi “İnter” təmsil edəcək. İkiqat ölkə çempionu “Birlik Kuboku”na Türkiyənin Antalya şəhərində hazırlaşıb. Komandamız 10 günlük təlim-məşq toplantısı çərçivəsində 4 yoldaşlıq görüşü keçirib. “Taraz”a (Qazaxıstan) 2:1, “Karabükspor”a (Türkiyə) 1:0 hesabı ilə qalib gələn “İnter” “Manisaspor” (Türkiyə) ilə heç-heçə edib - 1:1. “Bankirlər” yalnız “Besa” (Albaniya) klubuna uduzub – 2:3. Bu oyunlarda “ağ-göylər”in qollarını Elnur Abdulov, Rövşən Əmiraslanov, Girt Karlson, Baçana Tsxadadze, Daniel Genov və Bronislav Çervenka vurub.
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze hazırlıq prosesindən razı qalsa da, heyətə yeni futbolçular cəlb edə bilməmələrindən şikayətlənib: “Təlim-məşq toplantısında bütün futbolçular verilən eyni tapşırıqları və eyni yükləmələri yerinə yetirdilər. İntensiv məşq fonunda komandamız 4 yoldaşlıq matçı keçirdi və oyunlarda göstərilən fiziki hazırlıq və topla davranış səviyyəsi, o cümlədən, sürətli ötürmələrdə irəliləyiş bizi sevindirməyə bilməz. Hazırlıq prosesindən razı qaldım. Amma məni o məyus etdi ki, komandaya əlavə oyunçular cəlb edə bilmədik. Artıq üç aydır bu məsələyə toxunuram və deyirəm ki, komanda əlavə futbolçularla gücləndirilməlidir. Klubumuz bu istiqamətdə işləməlidir. Ümumilikdə komandanın ümumi hazırlıq prosesindən razı qaldım. Ən əsas məsələ isə turnirdə qalib gəlməyimizdir”.
Bir müddət öncə “İnter” rəhbərliyi də komandanın gücləndirmək istəyində olduğunu bildirmişdi. Lakin nədənsə, bu, reallaşmayıb. Nəticədə komandamız Sankt-Peterburqa öncədən heyətində olan 22 futbolçu ilə yollanıb:
Qapıçılar: Georgi Lomaya, Dmitri Kramarenko, Səlahət Ağayev
Müdafiəçilər: Danildo Assioli, İlya Kandelaki, Filip Despotovski, Kaxaber Mjavanadze, Valeri Abramidze, Arif Daşdəmirov, Vladimir Levin, Asif Mirili
Yarımmüdafiəçilər: David Odikadze, Bronislav Çervenka, Dmitri Kruqlov, Petar Zlatinov, Oleksandr Çertoqanov, Rövşən Əmiraslanov, Şəhriyar Rəhimov, Daniel Genov
Hücumçular: Girts Karlsons, Baçana Sxadadze, Tofiq Mikayılov.
Turnir öncəsi baş məşqçi Kaxaber Tsxadadze bildirib ki, məqsədləri turnirdə daha yaxşı çıxış etməkdən ibarətdir. 2009-cu ildə keçirilmiş “Birlik Kuboku”nda “İnter” yarımfinaladək irəliləməyi bacarıb. Tsxadadzenin sözlərindən belə məlum olur ki, Azərbaycan təmsilçisi ən azı finala çıxmaq nətindədir. Lakin “İnter”in fəxri prezidenti Cahangir Hacıyev bu yaxınlarda Lent.az-a verdiyi müsahibədə daha konkret danışıb: “Yarışa gediriksə, hansısa nailiyyətlər əldə etməliyik. Təbii ki, “İnter”in qarşısına məqsəd qoyulub. Məqsəd “Birlik Kuboku”nu Bakıya gətirməkdir. Hədəf olmasaydı, getməyin də mənası olmazdı”.
“Birlik Kuboku” Sankt-Peterburqda ikinci dəfə təşkil olunacaq. Bu şəhərdə ilk dəfə 2008-ci ildə keçirilmiş turnirdə kuboka məhz Azərbaycanın “Xəzər Lənkəran” klubu yiyələnib. 2006-cı ildə isə “Neftçi” bu şərəfə nail olub. Amma flaqman kubokla Sankt-Peterburqdan deyil, Moskvadan qayıdıb. 1993-cü ildən keçirilməyə başlayan “Birlik Kuboku”nu 6 dəfə “Spartak” (Moskva, Rusiya), 4 dəfə “Dinamo” (Kiyev, Ukrayna), 2 dəfə “Şerif” (Tiraspol, Moldova), hərəyə 1 dəfə isə “Dinamo” (Tbilisi, Gürcüstan), “Lokomotiv” (Moskva, Rusiya), “Paxtakor” (Daşkənd, Özbəkistan) və “Rubin” (Kazan, Rusiya) klubları da əldə edib.
Artıq 19-cu dəfə keçiriləcək “Birlik Kuboku”nu izləyənlər arasında UEFA prezidenti Mişel Platini ilə FİFA prezidenti Yozef Blatter də olacaq. Rusiya Futbol İttifaqı hər il ali futbol qurumlarının rəhbərlərinin turnirdə iştirakına nail olmaqla, təşkilatçılıq bacarığını nümayiş etdirməyə çalışır. Lakin yarışa maraq ildən-ilə azalır. Bu ilki turnirə Rusiya çempionu “Zenit” əvəzedici heyəti ilə qatılacaq. Ukraynadan çempion “Şaxtyor” yox, vitse-çempion Kiyev “Dinamo”su ikinci heyətlə, Belarusdan çempion BATE yox, vitse-çempion Soliqorsk “Şaxtyor”u, Moldovadan çempion “Şerif” yox, vitse-çempion “İskra-Stal”, Ermənistandan isə çempion “Pünik” yox, 4-cü yeri tutmuş “Mika” mübarizə aparacaq. Amma “İnter” “Birlik Kuboku”na əsas heyətlə yollanıb.
Ənənəyə uyğun olaraq, “Birlik Kuboku”nda yenə 16 komanda mübarizə aparacaq. Onlardan 14-ü keçmiş SSRİ respublikalarını təmsil edəcək. Gürcüstan Rusiya ilə münaqişə üzündən turnirdə təmsil olunmayacaq. Qalan 2 komandadan biri Finlandiyanın HİK komandası, digəri isə Rusiyanın gənclər yığması olacaq.
Turnir iştirakçıları 4 qrupda mübarizə aparacaqlar:
A qrupu: “İnter” (Bakı, Azərbaycan), “İskra-Stal” (Rıbnitsa, Moldova), “İstiklol” (Düşənbə, Tacikistan), “Neftçi” (Koçkor-Ata, Qırğızıstan)
B qrupu: “Tobol” (Kostanay, Qazaxıstan), “Skonto” (Riqa, Latviya), “Mika” (İrəvan, Ermənistan), “Bunyodkor” (Daşkənd, Özbəkistan)
C qrupu: “Zenit” (Sankt-Peterburq, Rusiya), “Nebitçi” (Balkanabad, Türkmənistan), “Şaxtyor” (Soliqorsk, Belarus), “Flora” (Tallin, Estoniya)
D qrupu: Rusiyanın gənclər yığması, “Dinamo” (Kiyev, Ukrayna), HİK (Helsinki, Finləndiya), “Ekranas” (Panevejis, Litva).
Təqvimə əsasən, “Birlik Kuboku”nda ilk oyun məhz “İnter”in iştirakı ilə baş tutacaq:
15 yanvar (şənbə)
1. 12:00. “İnter” (Azərbaycan) – “Neftçi” (Qırğızsıtan) “Peterburqskiy” İdman Konsert Kompleksi (İKK)
2. 12:00. “İskra-Stal” (Moldova) – “İstiklol” (Tacikistan). 11.00. “Zenit” İdman Oyunları Sarayı (İOS)
3. 14:00. “Tobol” (Qazaxıstan) – “Bunyodkor” (Özbəkistan). “Peterburqskiy” İKK
4. 14:00. “Nebitçi” (Türkmənistan) – “Şaxtyor” (Belarus). “Zenit” İOS
5. 16:00. “Dinamo” (Kiyev, Ukrayna) – HİK (Finlandiya). “Peterburqskiy” İKK
6. 18:00. Rusiyanın gənclər yığması – “Ekranas” (Litva). “Peterburqskiy” İKK
7. 20:00. “Zenit” (Rusiya) – “Flora” (Estoniya). “Peterburqskiy” İKK
8. 22:00. “Skonto” (Latviya) – “Mika” (Ermənistan). “Peterburqskiy” İKK
16 yanvar (bazar)
9. 12:00. “İstiklol” – “İnter”. “Peterburqskiy” İKK
10. 12:00. “Neftçi” – “İskra-Stal”. 11.00. “Zenit” İOS
11. 14:00. “Mika” – “Tobol”. “Peterburqskiy” İKK
12. 14:00. “Bunyodkor” – “Skonto”. “Zenit” İOS
13. 16:00. “Ekranas” – “Dinamo”. “Peterburqskiy” İKK
14. 16:00. “Flora” – “Nebitçi”. “Zenit” İOS
15. 18:00. HİK – Rusiyanın gənclər yığması “Peterburqskiy” İKK
16. 20:00. “Şaxtyor” – “Zenit”. “Peterburqskiy” İKK
18 yanvar (çərşənbə axşamı)
17. 13:00. “İnter” – “İskra-Stal”. “Peterburqskiy” İKK
18. 13:00. “İstiklol” – “Neftçi” (Qırğızıstan). “Zenit” İOS
19. 15:00. “Tobol” – “Skonto”. “Peterburqskiy” İKK
20. 15:00. “Mika” – “Bunyodkor”. “Zenit” İOS
21. 17:00. HİK – “Ekranas”. “Peterburqskiy” İKK
22. 17:00. “Şaxtyor” – “Flora”. “Zenit” İOS
23. 19:00. Rusiya gənclər yığması – “Dinamo”. “Peterburqskiy” İKK
24. 21:00. “Zenit” – “Nebitçi”. “Peterburqskiy” İKK
19 yanvar (çərşənbə)
1/4 final
25. 15.00. A1 – B2. “Peterburqskiy” İKK
26. 17.00. D1 - C2. “Peterburqskiy” İKK
27. 19.00. B1 – A2. “Peterburqskiy” İKK
28. 21.00. D1 – C2. “Peterburqskiy” İKK
21 yanvar (cümə)
1/2 final
29. 18:00. 25 cütünün qalibi – 26 cütünün qalibi. “Peterburqskiy” İKK
30. 21:00. 27 cütünün qalibi – 28 cütünün qalibi. “Peterburqskiy” İKK
23 yanvar (bazar)
Final
31. 29 cütünün qalibi – 30 cütünün qalibi. 16.00. “Peterburqskiy” İKK.

662