Elnur Məmmədliyə Avropa çempionu rəqib oldu - FOTO
Lent.az-ın məlumatına görə, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək yarış kişi və qadınlar arasında təşkil olunacaq. Artıq turnirin püşkü də atılıb. İlk yarış günündə qadınlar 48 kq, 52 kq, 57 kq və 63 kq, kişilər isə 60 kq, 66 kq, 73 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Yarışlara saat 10:00-da start veriləcək. Saat 14:30-da turnirin açılış mərasimi olacaq. Saat 15:00-da yarımfinal və final görüşləri başlanacaq.
Yanvarın 16-da isə qadınlar 70 kq, 78 kq, və 78 kq-dan yuxarı, kişilər isə 81 kq, 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdə yarışacaqlar. Görüşlər 3 tatamidə keçiriləcək.
Azərbaycanın kişi cüdoçularından İlqar Müşkiyev (60 kq) mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Lüdviq Payşer (Avstriya) olacaq. Qalib cüdoçu ¼ finalda Pavel Petrikovla (Çexiya) üz-üzə gələcək.
Tərlan Kərimov (66 kq) mübarizəyə Mikloş Unqvari (Macarıstan) ilə 1/8 final görüşündən başlayacaq.
Renat Mirzəliyev (73 kq) 1/8 finalda Joao Pinya (Portuqaliya) – Deks Elmont (Hollandiya) cütünün qalibini sınağa çəkəcək.
Olimpiya çempionu Elnur Məmmədli (81 kq) 1/8 finalda Avropa çempionu Sirajuddin Maqomedovla (Rusiya) qarşılaşacaq.
Dünya və Avropa çempionatlarının mükafatçısı Elxan Məmmədov (90 kq) 1/8 finalda Daiki Nişiyama (Yaponiya) üz-üzə gələcək.
Gənclər arasında Avropa çempionu Elmar Qasımov (100 kq) mübarizəyə Levan Jorjoliani (Gürcüstan) ilə 1/8 final görüşündən başlayacaq.
Emil Tahirov (100 kq) 1/8 finalda Rafael Silvaya (Braziliya) rəqib olub.
Qadınların yarışında Şahanə Hüseynova (52 kq) 1/8 finalda Yuka Nişidanı (Yaponiya) sınağa çəkəcək.
Kifayət Qasımova (57 kq) 1/8 finalda Morqan Ribu (Fransa) ilə üz-üzə gələcək.
Ramilə Yusubova (63 kq) Jevris Emaneni (Fransa) ¼ finalda sınağa çəkəcək.
48 kq, 70 kq və 70 kq-dan yuxarı çəkilərdə heç bir təmsilçimiz olmayacaq.
Qeyd edək ki, 200 min dollar mükafat fonduna malik “World Masters”in qalibi 2012-ci il London Yay Olimpiya Oyunlarına 400 lisenziya xalı qazanacaq. Çempionatda 40 ölkə mübarizə aparacaq.

554