20 ildən çox Afrikada çalışmış məşqçi Azərbaycan yığmasında
14 yanvar 2011 10:56 (UTC +04:00)

20 ildən çox Afrikada çalışmış məşqçi Azərbaycan yığmasında

Lent.az-ın məlumatına görə, bundan sonra bolqarıstanlı mütəxəssis İvan Xristov da zərif cinsin nümayəndələrinin hazırlıq prosesinə cavabdehlik daşıyacaq.

63 yaşlı məşqçi bu işi azərbaycanlı Məmməd Üseynovla birgə yerinə yetirəcək. Onlar gördükləri işlərin hesabatını kişi və qadınlardan ibarət yığmalarımızın baş məşqçisi Yanko Rusevə verəcəklər.

Qadınlardan ibarət yığmamıza diqqətin artırılmasının səbəbi 2012-ci il London Yay Olimpiya Oyunlarına zərif cinsin nümayəndələrinin də lisenziya qazanmalarını təmin etməkdən ibarətdir. Bu məqsədlə heyətə yerlilərdən əlavə, Bolqarıstan və Ukraynadan ağırlıqqaldıranlar cəlb olunacaq.

Qeyd edək ki, İvan Xristov məşqçilik fəaliyyəti ərzində Bolqarıstanda, eləcə də 20 ildən çox Afrika qitəsindəki Mavriki, Mərakeş və Əlcəzairdə çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar