Azərbaycanın daha bir klubu 1/8 finalda
Lent.az-ın məlumatına görə, “İqtisadçı” 1/16 finalda Serbiyanın “Tent” komandası ilə iki gün ərzində keçirdiyi ikinci görüşündən də qalib ayrılıb – 3:0 (25:22, 25:16, 25:14).
“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunmuş ilk qarşılaşmada da eyni hesabla qalib gələn təmsilçimiz növbəti mərhələyə çıxıb. 1/8 finalda “İqtisadçı”nın rəqibi “Stiinta” (Rumıniya) olacaq. İlk oyunlar 1, 2 və ya 3 fevralda, cavab görüşü isə 8, 9 və ya 10 fevralda keçiriləcək.
Qeyd edək ki, yanvarın 12-də daha bir komandamız – “Lokomotiv” də Avstriyanın “Lints-Steq” klubunu eyni hesablarla məğlub edərək, 1/8 finala çıxıb. “Dəmiryolçular”ın növbəti rəqibi “Apollon” (Kipr) olacaq. Bu gün saat 19:30-da isə Avropa Çağırış Kubokunda üçüncü təmsilçimiz – “Azərreyl” eyni arenada Yunanıstanın “Olimpiakos” komandasını ikinci dəfə sınağa çəkəcək. İlk oyunda Azərbaycan klubu qələbə qazanıb – 3:0 (25:7, 25:15, 25:13). Qalib komanda “Ximik” (Odessa, Ukrayna) ilə üz-üzə gələcək.

Oxşar yazılar

Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12
Yenidən futboldan həzz almaq istəyirəm: Poqba ambisiyalarını AÇIQLADI
5 iyul 2025 , 11:54
Boksçu böyük qalmaqalla üzləşdi: oranqutanı elektron siqaret çəkməyə məcbur etdi
5 iyul 2025 , 10:11
"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33