UEFA da “Qızıl top” verəcək
0
0
Lent.az-ın məlumatına görə, bu haqda UEFA prezidenti Mişel Platini bildirib.
Növbəti mövsümün yekunlarına əsasən keçiriləcək səsvermədə Avropa futbol federasiyalarının nümayəndələri, idman jurnalistləri və məşqçilər iştirak edəcəklər. Yeni mükafat ilk dəfə 2012-ci ildə Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində təqdim olunacaq.
Qeyd edək ki, “Qızıl top” 1956-cı ildə həftəlik “France Football” nəşri tərəfindən təsis olunduğu vaxtdan 1995-ci ilədək yalnız yerli klublarda çıxış edən avropalılara verilib. Lakin sonradan format dəyişdirilib və mükafatın sahibi olmaq hüququna Avropa komandalarının oyunçuları yiyələniblər. Bu il “Qızıl top”u ilk dəfə “France Football”la FİFA verib. Ali futbol qurumu əvvəllər təltif etdiyi Brilliant topdan imtina edib. Mükafatın sahibi isə ardıcıl ikinci dəfə “Barselona”nın və Argentina milli komandasının futbolçusu Lionel Messi olub.