AZAL-ın baxışa çağırdığı futbolçular və rəqibləri müəyyənləşdi
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nazim Süleymanov əvəzedici heyətin iki oyunçusu - Emin Ağaməmmədli və Elgün Abbasovu Türkiyənin Antalya şəhərində yanvarın 18-də start götürəcək təlim-məşq toplantısına aparacaq.
Bundan başqa, MOİK-in sabiq üzvü Cavid Rəhimov da baxışa çağırılıb. Onun taleyinə Bakıda AZAL-ın əvəzedici komandası və “Simurq”la keçiriləcək iki yoxlama oyunundan sonra aydınlıq gələcək. Fevralın 1-dək davam edəcək Antalya toplanışı müddətində bir çox legioner də baxışa cəlb olunacaq. Bunlar bosniyalı Veldin Muharemovic, albaniyalı Kaciu Bardhil, kolumbiyalı Edvin Maurisio Calar, latviyalı Ritus Krjauklis, bolqarıstanlı Enyo Krastovcevdir. Dəvət olunanlar arasında braziliyalı Reinaldo Jose Zacaris və belaruslar - Gennadi Bliznyuk və Vitali Panasyuk da var. Makedoniyalı Ostoja Stepanoviç isə özünə başqa klub tapdığı üçün AZAL-a gəlməkdən imtina edib.
Hazırlıq prosesi çərçivəsində AZAL-ın keçirəcəyi yoxlama oyunları üçün rəqiblərin adları da məlum olub. Nazim Süleymanovun komandası yanvarın 21-də Ukraynanın “Zarya”, yanvarın 24-də Qazaxıstanın “Vostok” (Ust-Kamenoqorsk), yanvarın 27-də Ukraynanın “Volın” klublarını sınağa çəkəcək. AZAL sonuncu oyunda isə Moldovanın güclülər dəstəsində çıxış edən “Milsami” ilə üz-üzə gələcək. Oyunların hamısı "Titanik" otelinin meydançasında keçiriləcək.

562