Rail Məlikov: “Çempionatın sonunadək lider qalmaq istəyirik” - MÜSAHİBƏ
13 yanvar 2011 15:53 (UTC +04:00)

Rail Məlikov: “Çempionatın sonunadək lider qalmaq istəyirik” - MÜSAHİBƏ

Lent.az həmin müsahibəni təqdim edir:


- Hazırlıq prosesi necə gedir?

- Burada hazırlığımız intensiv davam edir. İlk toplanış olduğu üçün əsasən fiziki hazırlığımızı yüksəldən məşqlər keçirik. Bildiyiniz kimi, komandamıza yeni məşqçi dəvət edilib. Türkiyəli Mehmet Ak əvvəl çalışdığı klublarda adından söz etdirməyi bacarıb. Əgər “Neftçi” rəhbərliyi ona etimad göstərib dəvət edibsə, deməli səviyyəli məşqçidir.


- Futbolçulara verilən tapşırıqları yerinə yetirmək baxımından hər hansı problem yoxdur?

- Komandanın heyətində yer alan futbolçular məşqçilər korpusunun bütün tapşırıqlarının öhdəsindən layiqincə gəlirlər. İnanıram ki, biz bunun bəhrəsini Unibank Premyer Liqasında görəcəyik. Hazırda liderik, çempionatın sonuna kimi lider qalmaq istəyirik. Mən də komandanın kapitanı kimi bütün məsuliyyətlə bu çətin işi uğurla sona çatdırıb, qızıl medalları qazanacağımızı demək istəyirəm.


- “Neftçi”nin heyətində bir çox gənc futbolçu yer alır. Onlardan bəziləri əsas komanda ilə ilk dəfə toplanışa yollanıb. Hazırlıqda onlar özlərini necə göstərirlər?

- Kollektivimizin ən gənc futbolçusundan ən yaşlısına qədər hər kəs məşqlərdə bütün gücünü ortaya qoyur. Komanda daxilində mükəmməl ab-hava hökm sürür. Bu da təbii ki, baş məşqçimizin əməyidir. Ən yaşlımız olan Rauf Mehdiyevin möhtəşəm çalışqanlığı gənc futbolçulara da sirayət edir. Mən əvvəllər “Şəmkir”in məşqinə baxırdım, Rauf Mehdiyev o zaman orada çıxış edirdi. Onun oyununu çox bəyənirdim. Təsəvvür edə bilməzdim ki, gələcəkdə onunla bir komandada çıxış edəcəyəm. Tale elə gətirdi ki, biz “Neftçi”nin uğurları üçün tər tökməyə başladıq. Mən fəxr edirəm ki, onun kimi peşəkar futbolçu ilə bir komandada oynayıram.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30