Yozef Blatter Premyer Liqaya İspaniya çempionatını nümunə göstərdi
Lent.az-ın məlumatına görə, bu fikirləri FİFA prezidenti Yozef Blatter “CNN World Sport”a açıqlamasında deyib.
Blatter fikirlərini belə əsaslandırıb: “İspaniya yığmasının start heyətinə baxsaq, bütün oyunçularının bu ölkənin klublarında oynadıqlarını görərik. Ən çox yerli futbolçu La Liqadadır. İngiltərə Premyer Liqası isə dünyada ən çox gəlir gətirən çempionatdır. Bu, yaxşı çempionatdır, yaxşı da oyunçular çıxış edir. Lakin onlardan heç birinin ilin ən yaxşı komandasının tərkibinə düşə bilmədiyini nəzərə alsaq, bir sıra dəyişikliklər barədə düşünmələrinə zərurət yarandığı məlum olur”.
Qeyd edək ki, yanvarın 10-da İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə “Qızıl top” İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messiyə verilib. İlin simvolik komandasına isə “Barselona”nın 6, “İnter”in 3, “Real”ın 2 futbolçusu düşüb.

625