“Lokomotiv” Avropa Çağırış Kubokunun 1/8 mərhələsində - FOTO
Qadınlar arasında 2010-2011-ci illər Avropa Çağırış Kubokunun (“Çelenc Cup”) növbəti mərhələsində Azərbaycanın “Lokomotiv” və Avstriyanın “Lints” komandalarının 1/16 final mərhələsində cavab görüşü keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan oyun bütünlüklə “Lokomotiv”in aşkar üstünlüyü şəraitində keçib.
Oyunun hər iki hissəsində “Lokomotiv”çilərdən Yelena Parxomenko, Kseniya Kovalenko, Oksana Məmmədyarova, Devis Nikol, Aleksandra Samoylova, Kremena Kamenova, Smak Monika, Yelena Keldebekova, Vera Klimoviç, Metcalf Nansy, Mariya Filipova, Kristin Riçhardsın oyunu tamaşaçıların alqışları ilə müşayiət olunub.
Gərgin mübarizə şəraitində keçən oyunda “Lokomotiv” Avstriyanın “Lints” komandasına 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Lokomotiv” növbəti mərhələyə vəsiqə qazanıb. Avropa Çağırış Kubokunun (“Çelenc Cup”) 1/8 final mərhələsində “Lokomotiv”in rəqibi Kiprin “Apollon Limassol” komandası olacaq.
Xatırladaq ki, 1/16 final mərhələsində “Lokomotiv” – “Lints” qarşılaşmasının ilk görüşü 4 yanvar 2010-cu ildə Avstriyanın Lints şəhərində keçirilmişdi. Həmin görüşdə də komandamız 3:0 hesablı qələbə qazanmışdı.
“Lokomotiv” komandanın baş məşqçisi Draqutin Baltiçdir.
Elxan SALAHOV

Oxşar yazılar

"Barselona" Avropada ən çox qol vuran komandadır
22 iyul 2025 , 19:46
"Liverpul"un əfsanəvi futbolçusu vəfat etdi
22 iyul 2025 , 14:28
İtaliyanın qol kralının bu komandaya transferi hamını TƏƏCCÜBLƏNDİRDİ
22 iyul 2025 , 13:02
PSJ 28 milyonluq futbolçunu 70 milyona alır
22 iyul 2025 , 09:39
“Mançester Yunayted”in müdafiəçisi arvadını ezoterik maraqlarına görə tərk etdi
21 iyul 2025 , 18:11
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri
21 iyul 2025 , 17:07
"Qarabağ"ın növbəti mərhələdəki potensial RƏQİBLƏRİ məlum oldu
21 iyul 2025 , 14:29