Totti “Roma”nı tərk edə bilər
12 yanvar 2011 19:40 (UTC +04:00)

Totti “Roma”nı tərk edə bilər

Lent.az-ın “Il Corrierre dello Sport”a istinadən verdiyi məlumata görə, buna təcrübəli hücumçu ilə baş məşqçi Klaudio Ranyeri arasında fikir ayrılığının yaranması səbəb olub.

Komandanın qocaman lideri kollektivdə özünü rahat hiss etmir. Totti baş məşqçinin son zamanlar ondan yararlanma formasını narazılıqla qarşılayıb.

Qeyd edək ki, Françesko Tottinin hazırkı müqaviləsi 4 ildən sonra başa çatacaq. Ardından ona klubun direktoru vəzifəsini təklif edəcəklər. Lakin Totti yaxın müddətdə “Roma”nı tərk etsə, bu plan pozula bilər. Əvvəllər futbolçunun ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda Devid Bekhemə komanda yoldaşı olacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar