Kaxaber Tsxadadze: “Mən bunu “İnter” rəhbərliyinə üç aydır deyirəm” - MÜSAHİBƏ
12 yanvar 2011 15:26 (UTC +04:00)

Kaxaber Tsxadadze: “Mən bunu “İnter” rəhbərliyinə üç aydır deyirəm” - MÜSAHİBƏ

- “Birlik Kuboku”na hazırlığımız intensiv şəkildə keçdi. Komanda, demək olar ki, 8 gün istirahət etdikdən sonra ilk olaraq intensiv məşqlərə və yoldaşlıq oyunlarına başladı. Türkiyənin Antalya şəhərində keçirdiyimiz təlim-məşq toplantısında bütün futbolçular verilən eyni tapşırıqları və eyni yükləmələri yerinə yetirdilər. İntensiv məşq fonunda komandamız 4 yoldaşlıq matçı keçirdi və oyunlarda göstərilən fiziki hazırlıq və topla davranış səviyyəsi, o cümlədən, sürətli ötürmələrdə irəliləyiş bizi sevindirməyə bilməz. Məsələn, son yoldaşlıq oyununda çox güclü rəqib olan “Karabükspor” təlimlərini başa vurmuş və çempionata hazır komanda idi. Sevindirici haldır ki, “İnter” belə hazır komandaya qarşı 90 dəqiqə layiqli mübarizə apardı və sürətli ötürmələrlə əla kombinasiya quraraq, hesabda irəli çıxmağı bacardı. Eyni sözləri Türkiyənin digər güclü komandası olan “Manisaspor”la oyun barədə də demək olar. Bir sözlə, hazırlıq prosesindən razı qaldım. Amma məni o məyus etdi ki, biz komandaya əlavə oyunçular cəlb edə bilmədik. Artıq üç aydır bu məsələyə toxunuram və deyirəm ki, komanda əlavə futbolçularla gücləndirilməlidir. Klubumuz bu istiqamətdə işləməlidir. Ümumilikdə komandanın ümumi hazırlıq prosesindən razı qaldım. Ən əsası, turnirdə qalib gəlməyimizdir.

- Komanda eyni gündə iki yoldaşlıq oyunu keçirdi. Albaniyanın “Besa” komandasına qarşı meydançaya əsasən gənc futbolçuları buraxmışdınız...

- Bəli, bu, düşünülmüş addım idi. İstədik ki, bütün futbolçular bərabər səviyyədə 90 dəqiqə əvəzlənmədən meydançada oynasınlar. Bir də ki, yanvarın 11-də biz iki yoldaşlıq oyunu keçirməli idik. Buna görə də Albaniya komandasına qarşı oyuna meydana iki-üç təcrübəli futbolçu çıxarmışdıq. Bununla belə, “Besa” ilə qarşılaşmada gənc futbolçular 72 dəqiqə ərzində özlərini yaxşı tərəfdən göstərdilər. Hətta hesabı artırmaq üçün yaxşı imkanlar da yaratdılar. Lakin son dəqiqələrdə buraxılan səhvlər nəticəsində rəqib komanda hesabda irəli çıxa bildi. Burada ciddi yükləmələrin də rol oynadığını nəzərə almaq lazımdır. Amma ümumilikdə gənc futbolçuların çıxışından razı qaldım.

- “Karabükspor”la keçirilən oyun barədə nə deyə bilərsiniz?

- “Karabükspor” çox güclüdür və bu komandaya qarşı futbolçularımız əla çıxış etdilər. Yeri gəlmişkən, “Karabükspor”un hücumçusu Emmanuel Emenikenin transfer qiyməti 10 milyon avrodur və komandasının bombardirdir. Belə bir güclü futbolçuya qarşı müdafiəçilərimiz çox yaxşı oynadılar. Güclü komanda ilə oynamaq oyun praktikasının artırılması, o cümlədən, nəticədən asılı olmayaraq komandanın zəif və güclü tərəflərini müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir. Biz buna həmişə can atırıq. Bir də təkrarlamaq istəyirəm, yorğunluğun fonunda belə bir güclü komandanı məğlub etmək bizi sevindirməyə bilməz. Əlbəttə ki, belə gözəl meydançalar yüksək futbol sərgiləməyə imkan verir. Azərbaycanda futbola aidiyyatı olan bütün qurumlar bu məsələni həll etməyə çalışmalıdır. Futbolumuzun səviyyəsini yüksəltmək istəyiriksə, gözəl meydançalara sahib olmalıyıq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar