Azərbaycan irəlilədi, Ermənistan yerində saydı
12 yanvar 2011 14:33 (UTC +04:00)

Azərbaycan irəlilədi, Ermənistan yerində saydı

Lent.az-ın məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Hazırda millimiz 343 xalla 97-ci pillədə qərarlaşıb. Komandamızın 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya 1485 xalla 3-cü, Türkiyə 741 xalla 31-ci, Avstriya 569 xalla 46-cı pillədə qalıb. 526 xala malik Belçika 1 pillə geriləyib və 58-ci mövqeyə enib. 1 pillə irəliləyən Qazaxıstan isə 161 xalla 137-pilləyə yüksəlib.

Postsovet məkanı respublikalarından Rusiya 982 xalla 13-cü, Ukrayna 702 xalla 34-cü pillədə qalıb. 660 xala malik Belarus 1 pillə irəliləyib və 37-ci mövqedə qərar tutub. Litva 532 xalla 55-ci, Ermənistan 515 xalla 60-cı pillədə qalıb. 449 xalı olan Gürcüstan 1 pillə irəliləyib və 72-ci mövqeni ələ keçirib. 440 xala malik Latviya 2 pillə irəliləyərək, 76-cı olub. Moldova 411 xalla 84-cü pillədə qaldığı halda, 386 xala malik Estoniya 4 pillə, yəni 86-cı mövqeyə enib. Yığmamız Qazaxıstandan əlavə, 285 xalla 108-ci olan Özbəkistanı, 177 xalla 133-cü olan Türkmənistanı, 141 xalla 143-cü olan Tacikistanı və 50 xalla 175-ci olan Qırğızıstanı qabaqlayır.

İlk “8-lik”dəki ölkələrin mövqeyində dəyişiklik baş verməyib. İspaniya 1887 xalla 1-ci, Hollandiya 1723 xalla 2-cidir. Braziliya 1446 xalla 4-cü, Argentina 1338 xalla 5-ci, İngiltərə 1195 xalla 6-cı, Uruqvay 1152 xalla 7-ci, Portuqaliya isə 1090 xalla 8-cidir. 9-cu pillədəki 1075 xala malik Xorvatiya 1036 xalı olan İngiltərə ilə yerini dəyişib.

Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 2-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30