Bakıda olimpiadaya seçim xarakterli seminar start götürür
12 yanvar 2011 12:55 (UTC +04:00)

Bakıda olimpiadaya seçim xarakterli seminar start götürür

Lent.az-ın məlumatına görə, tədbirə Afrika və Avropadan olan 100-dək hakim, o cümlədən Azərbaycan Taekvondo Federasiyasının 7 beynəlxalq dərəcəli hakimi - Oh Kvanq Çeol, Elşən Quliyev, Etibar İbrahimov, Elşad Məmmədov, Ramal Camalov, Gündüz Abdullayev və Ramal Əsgərov dəvət olunub.

Dörd gün davam edəcək seminarda iştirak üçün WTF-nin Hakimlər Komitəsinin sədri Şakir Çelbat, İdman Komitəsinin sədri Filipp Boedo və digər rəsmilər də təşrif buyuracaqlar.

Seminar nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri hissə “Qafqaz Point” otelində, praktiki hissə isə Heydər Əliyev adına İdman – Konsert kompleksinin 2-ci zalında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar