Avropanın futbol klubları zərərlə işləyir
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, onların itkiləri 2010-cu ildə rekord həddə - 1,2 milyard avro olub. 2 il öncə zərərlə işləyən klublar isə 70 faiz təşkil edib. Bu göstəricilər UEFA-nın hesabatında əksini tapıb.
Futbol məmurları Avropanın bütün ölkələrinin yüksək liqalarından 655 klubu yoxlayıblar. Audit nəticəsində Avropa klublarının gəlirlərinin 11,7 milyard avro, yəni 4,8 faiz artdığı müəyyənləşib. Lakin eyni zamanda xərclər 12,9 milyard avro və ya 9,3 faizə çatıb.
UEFA-nın yeni qaydalarına əsasən, futbol klubları kəsirsiz büdcəyə malik olmalıdırlar. Sərəncam 2012-ci ildən qüvvəyə minəcək. İlk sanksiyalar isə daha 2-3 il sonra tətbiq olunmağa başlayacaq. Bu qanunlar indi işləsəydi, Çempionlar Liqasında mübarizədən 11 klub kənarlaşdırıla bilərdi.
Daha çox borcda olanlar İngiltərə və İspaniyanın aparıcı klublarıdır. Almaniya klubları isə büdcələrini uğurla balanslaşdırırlar. Bu arada UEFA prezidenti Mişel Platini bildirib ki, rəhbərlik etdiyi qurum hazırda zərərlə işləyən klublara barmaq silkələmək və ya onları “qara siyahı”ya salmağa hazırlaşmır.

588